1 C
Baku
Saturday, December 14, 2024

“Bank of Baku”un kredit portfeli böyüyür, xalis mənfəəti 3 mln. manatı ötüb

Azərbaycan kommersiya bankı olan “Bank of Baku” ASC-ninkredit portfeli artıb.

Banker.az bu barədə Bankın cari ilin 3-cü rübü üçün açıqladığı hesabata istinadən xəbər verir.

Belə ki, müştərilərə verdiyi kreditin ümümi həcmi 193,2 mln. manat təşkil edib ki, bu da son 3 ay ərzində 6,7 mln. manat və ya 3,5% artım olması deməkdir. Bank da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər və kreditlərin isə həcmi artaraq 12,43 mln. manat çatıb. Lakin, müştərilərilərə verdiyi kreditlərinhəcmi yanvarın 1-nə olan 197,69 mln. manata çata bilməyib. Bankın cəmi aktivləri 3-cü rübün nəticlərlərinə əsasən, 301,61 mln. manat təşkil edir.

Bankın cəmi öhdəlikləri də cüzi artıb və 262,07mln. manat təşkil edib, bunun da 157,01 mln. manatı müştəri depozitləri, 20 mln. manatı AMB-dən cəlb olunmuş kredit və 38 mln. manatı banklar tərəfindən  verilmiş kreditdir.

“Bak of Baku”nun cəmi kapitalı 39,53 mln. mnat təşkil edib ki, bu da ötən rüblə müqayisədə 10 mln. manata kimi artımın olması deməkdir. Bu artımın da əsas səbəbi bankın ilin əvvəlindən bu tərəfə 26,75 mln. manata kimi zərərli aktivlərini xalis mənfəətə çevirə bilməsidir. Belə ki, bankın faiz gəlirləri 31,04 mln. manat, faiz xərcləri isə 11,02 mln. manat təşkil edib ki bu da bankın xalis fazi gəlirinin 20,01 mln. manat etməsinə səbəb olub.

Qeyd edək ki, bank ilin 9 ayı ərzində xalis mənfəəti 3,13 mln. manata çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər