“Silkway Bank” ASC plastik kartları ilə aparılan konvertasiya əməliyyatlarına görə komissiya haqqını 2 dəfə artırıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilib.
Milli valyutada kart hesabları vasitəsi ilə digər xarici valyutada bütün növ əməliyyatlar aparılarkən konvertasiya haqqı 4% təşkil edir.
Qeyd edək ki, “Expressbank” ASC də avqustun 25-dən manat kartları üzrə konvertasiya əməliyyatlarını 4% komissiya ilə yerinə yetirəcək.
Bundan əvvəl hər iki bankda konvertasiya haqqı 2% olub.