Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) növbəti əhəmiyyətli müqavilə imzalayıb. Qeyd etmək lazımdır ki, iki qurum arasında əməkdaşlıq 2004-cü ildən davam edir. Bu müddət ərzində əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imzalar atılıb.
Yeni saziş çərçivəsində EBRD “Bank Respublika” üçün Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldlmiş ticarətin maliyyələşdirilməsi proqramını (TFP) genişləndirəcək.
Anlaşma Azərbaycan müəssisələrinin ticarət fəaliyyətini stimullaşdırmaq və beynəlxalq bazarlara daha yaxşı inteqrasiya etmək üçün nəzərdə tutulub. Proqram “Bank Respublika”ya ticarətin maliyyələşdirilməsi sahəsində imkanlarını artıracaq və sahibkarlara idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edəcək
“Mən Bakıda olmaqdan və Azərbaycanda olan çoxdankı tərəfdaşımız “Bank Respublika” ilə bu müqaviləni şəxsən imzalamaqdan çox məmnunam. Biz tərəfdaş bankımıza ölkə üzrə şirkətlərə ticarətin maliyyələşdirilməsi üzrə verdiyi dəstəyi genişləndirməkdən məmnunuq. Əminəm ki, bizim sıx əməkdaşlaığımız Azərbaycanda xarici ticarətin inkişafına öz töhfəsini verə biləcək”- EBRD-nin prezidenti Odil Renaud-Basso bildirib.
“Biz EBRD-nin Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. EBRD ilə tərəfdaşlıq bizim mövqeyimizi gücləndirərək, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndirməyə, həmçinin ölkədə ticarətin maliyyələşdirilməsini dəstəkləməyə imkan verdi. Əminik ki, EBRD-nin prezidenti xanım Odil Renaud-Basso ilə imzalanan sayca 19-cu müqavilə əməkdaşlığımızı gələcəkdə yeni və daha yüksək səviyyəyə qaldıracaq ”- “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.