3 C
Baku
Saturday, December 14, 2024

“Bank Respublika”da təyinat: sədr müşavirinə yeni vəzifə verildi

“Bank Respublika” ASC-nin Anderraytinq departamentinin yeni direktoru təyin edilib.

Banker.az-ın xəbərinə görə, Akif Abdullayev departamentə rəhbərlik edəcək.

A.Abdullayev həmçinin İdarə Heyətinin sədri Taryel İsmayılovun KOS kreditləri və Korporativ müştərilərin təhlili üzrə müşaviri vəzifəsində çalışır. O, müşavir kimi 2017-ci ildə, “AccessBank” QSC-dən gəlib. Bildiyimiz kimi, həmin vaxt bankın sədri Şakir Rəhimov (indi Müşahidə Şurasının sədri və bankda payçıdır) idi və A.Abdullayevin gəlişi həmin dövrü əhatə edir.
Həm biznes kreditlərinin satışı istiqamətində və həm də bankın bütün növ kreditlərinin təhlili istiqamətində böyük təcrübəyə malik olan Akif Abdullayev bankçılıqda və idarəetmədə peşəkar kadr kimi tanınır.

Bakalavr təhsili var və əlavə olaraq çoxsaylı xarici və daxili seminarlardan diplomlara və sertifikatlara malikdir.

A.Abullayev ilk bank kareyarsına “Accessbank”da başlamış (2006-cı ildə) və KOS üzrə menecer vəzifəsinə qədər yüksəlib.

Son xəbərlər
Digər xəbərlər