10 C
Baku
Friday, December 13, 2024

“Bank Respublika”dan komissiyasız nağd kredit

25 illiyi ərəfəsində “Bank Respublika” nağd kreditlər üzrə yeni kampaniya elan edir.

May ayında Nağd Kreditlər komissiyasız təklif olunacaq. Nağd kreditin maksimal məbləği 5000AZN olmaqla 18 ay müddətinə təklif edilir.

Nağd kredit üzrə ödənişləri “İnternet Şöbə” xidmətindən istifadə etməklə “avtomatik ödəniş” vasitəsinə əminliklə həvalə etmək olar. Bu servis qeydiyyata alınmış bank kartından vəsaitləri göstərilən tarixdə siləcək, beləliklə də ödəniş üzrə gecikmənin yaranması Sizi daha narahat etməyəcək.

“Bank Respublika” 22 May 1992-ci ildən fəaliyyət göstərir və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir. Cari ildə bank 25 illik yubileyini qeyd edir və bu münasibətlə müştəriləri bir çox sürprizlərlə bütün il boyu sevindirəcək.

Nağd kreditin şərtləri ilə daha ətraflı www.bankrespublika.az səhifəsində tanış olmaq mümkündür.

Bank Respublika, 25 il Sizə faydalı!

Son xəbərlər
Digər xəbərlər