16 C
Baku
Friday, April 19, 2024

Bank sirləri: əfsanələr və faktlar

1-ci əfsanə : 

Əgər mən banka böyük bir məbəğ yerləşdirsəm, bankın əməkdaşları dərhal bütün informasiyanı vergilər departamentinə göndərəcəklər. 

Fakt.

Bank işi haqqında qanunvericilikdə bank sirlərinə aid qanun məcəlləsi mövcuddur.

Hesablar və yatırılmış məbləğlər, vəsaitlərin həcmi və həmçinin aparılmış əməliyyatlar haqqında heç kəsə məlumat verilmir. Və bunlar bankın sirləri hesab edilirlər. Yalnız qanunvericilikdə qeyd olumuş xüsusi hallarda sizin hesablarınız haqqında dövlər qurumlarına məlumat verilə bilər.

Buradan belə bir nəticəyə gəlmək olar ki, avtomatik və müstəqil şəkildə bank heç kəsə heç bir məlumat göndərmir .

2-ci Əfsanə:

Əgər mənim həyat yoldaşım, anam və yaxud qaynanam banka müraciət etsə, ona , bir yaxın qohum kimi, mənim bank hesabımda saxladığım bütün gizli və özəl yatırımlarım haqqında məlumat veriləcək.

Fakt

Bu məsələ haqqında da qanun məcəlləsi var. Sizin hər hansı bir qohumunuz yalnız sizin imzanız olduğu etibarnaməni təqdim etdikdə, sizin hesabınız haqqında məlumat əldə edə bilər.

3-cü Əfsanə:

Bank vasitəsi ilə pulları offşor bölgəyə çıxardaram . Bank sirri isə məni qoruyar. Xeyr, belə hallarda bank sirri sizə kömək edə bilməz. Offşorlar ilə banklarda hər şey çox ciddidir.

Offşor bölgə ( ingilis dilindən off shore – sahildən uzaq) –sərhədləri hüdudunda qeyri-rezident şirkətlər üçün xüsusi qeydiyyatdan keçmə və fəaliyyət üsulları təyin olunan dövlət və yaxud onun bir hissəsidir. Bir sıra ölkələrdə bu bölgəni adlandırmaq üçün “ vergi cənnəti” termini işlədilir.

Əgər sizin offşorlar ilə iş birliyiniz 1000 baza məbləğindən çox olarsa, sizin adınız “boz siyahı”ya qeyd olunacaq və yaxın bir zamanda dövlət qürumları sizinlə maraqlanacaqlar.

4-cü Əfsanə:

Bir bankdan kredit götürüb bütün məbləği digər banka yatıraram. Sonra isə işdən çıxıb bütün mülkiyyətimi qonşunun adına keçirdərəm. Və yatırımdan qazanacağım faizlərlə sakit bir həyat sürərəm.

Fakt

Yenə də yox! Bankın yumşaq təsir üsulları bitdikdən sonra , o, kəskin fəaliyyətə başlayacaq. Məhkəməyə müraciət edəcək. Məhkəmə icraçıları hər bank sisteminə sizin hesablarınız haqqında sorğu göndərəcək. Sizin gizli hesabınız məlum olan kimi ona həbs qoyulacaq və bankın borcu ödəniləcək. Siz hiyləgər planınızı yalnız qısa bir müddətə həyata keçirdə biləcəksiniz.

5-ci Əfsanə:

Bankın əməkdaşları mənim maliyyə məsələlərimi hər kəs ilə müzakirə edə bilərlər. Yer Kürəsi isə dairəvidir. Hər bir bank əməkdaşı xüsusi kağız imzalayıb bank sirlərinə aid məlumatları məxfi saxlayacağına təntənəli and verir. Lakin böyük bankların birinin hüquqşünas məslətçisinin dediyinə görə , insan faktorundan heç kəs sığortalanmayıb.

Ona görə də bu reallığa yaxın yeganı əfsanədir.

Son xəbərlər
Digər xəbərlər