9 C
Baku
Friday, December 13, 2024

Bank “UBS AG” rekord məbləğdə cərimələndi: 5,1 milyard dollar

Fransa məhkəməsi İsveçrənin böyük banklarından biri olan “UBS AG”ni 4,5 milyard avro (5,1 milyard dollar) dəyərində cərimələyib.

Xarici KİV-ə istinadən, məhkəmə bankı qeyri-qanuni yollarla müştəri cəlbi və vergidən yayındırılan pulların yuyulması ilə bağlı günahkar bilib. “UBS” Bankın vəkili isə qərara etiraz edəcəklərini bildirib.

Qeyd edək ki, tələb olunan cərimə məbləği şirkətin ötən il əldə etdiyi mənfəətə demək olar ki, bərabərdir. Belə ki, məbləğin 3,7 milyard avrosu cərimə məbləği, 800 milyon avrosu isə Fransa dövlətinə vurulmuş zərərlə bağlıdır.

Sözügedən qərardan sonra şirkətin səhmləri birjada 2% dəyər itirib.

MənbəFinans.az
Son xəbərlər
Digər xəbərlər