“Bank VTB (Azərbaycan)” 1-ci rübü mənfəətlə başa vurub

“Bank VTB (Azərbaycan)” ASC 2026-cı ilin 1-ci rübünü 1 milyon 731 min manat xalis mənfəət ilə başa vurub. 2025-ci ilin eyni dövründə isə bank 3 milyon 306 min manat mənfəət etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-mart aylarında “Bank VTB (Azərbaycan)”ın faiz gəlirləri 9 milyon 634 min manat, qeyri-faiz gəlirləri 2 milyon 733 min manat, faiz xərcləri 2 milyon 620 min manat, qeyri-faiz xərcləri 7 milyon 588 min manat olub.

Hesabat dövründə bankın cəmi aktivləri 323 milyon 966 min manat olub ki, bu da 2025-ci ilin sonuna nisbətən 6% artıb. Bunun 254 milyon 69 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 4.3% artıb.

İlk 3 ayda “Bank VTB (Azərbaycan)”ın depozit portfeli 7% artaraq 108 milyon 635 min manata qalxıb.

Son xəbərlər
Digər xəbərlər