“Bank VTB (Azərbaycan)” ASC 2026-cı ilin 2-ci rübünü 5 milyon 825 min manat xalis mənfəət ilə başa vurub. 2025-ci ilin eyni dövründə isə bank 6 milyon 319 min manat mənfəət etmişdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu ilin yanvar-iyun aylarında “Bank VTB (Azərbaycan)”ın faiz gəlirləri 19 milyon 884 min manat, qeyri-faiz gəlirləri 6 milyon 169 min manat, faiz xərcləri 5 milyon 665 min manat, qeyri-faiz xərcləri 15 milyon 728 min manat olub.
Hesabat dövründə bankın cəmi aktivləri 336 milyon 851 min manat olub ki, bu da 2025-ci ilin sonuna nisbətən 10% artıb. Bunun 280 milyon 622 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 15.2% artıb.







