10 C
Baku
Thursday, December 12, 2024

“Bank VTB Azərbaycan” işləri qaydasına qoyur: aktivlər böyüyür, işini mənfəətlə davam etdirir

Rusiyanın dövlət bankı VTB-nin Azərbaycandakı kommersiya bankı “Bank VTB (Azərbaycan)” ASC-nin 2021-ci ildə maliyyə nəticələrində irəliləyişlərə nail ola bildi.

Banker.az xəbər verir ki, bu barədə kommersiya bankının illik maliyyə hesabatına istinadən xəbər verir.

Kommersiya bankının aktivlərinin həcmi il ərzində 44.98 mln. manat, yəni 24% artımla 232.33 mln. manata çatdı. Aktivlərində böyüməyə səbəb kredit portfelinin 39.22 mln. manat (31%) artaraq 165.09 mln. manata çatmasıdır.

“Bank VTB (Azərbaycan)” kredit portfelinin böyüməsini isə istehlak kreditlərinin son ildə 2.7 dəfə böyüməklə  56.13 mln. manata çatması olub. Kreditlərin digər  78.57 mln. manatını biznes və 30.38 mln. manatını isə ipoteka kreditləri təşkil etmişdir.

Bankın depozit portfeli son ildə 18% artaraq 88.78 mln. manata çatıb. Burada, 53.87 mln. manatı fiziki şəxslərin və 34.91 mln. manatı isə hüquqi şəxslərin vəsaitləridir.

BANK XALİS MƏNFƏƏTDƏDİR

“Bank VTB (Azərbaycan)” ASC 2021-ci il ərzində 17.69 mln. manat faiz gəliri əldə etməklə illik 70% artıma nail oldu. Bankın faiz xərcləri  4.83 mln. manat (illik müqayisə: 50% artım) qeyri-faiz gəlirləri 7.22 mln. manat (91% artım) və qeyri-faiz xərcləri isə 23.53 mln. manat (25% artım) olmuşdur. Lakin, bankın gəlirləri xərclərini qarşılaya bilmədiyi üçün əməliyyatı ötən il 3.45 mln. manat olub.

Bank hesabat müddəti ərzində 8.5 mln. manatlıq mümkün zərərlər üzrə məqsədli ehtiyatlardan geri dönmə hesabına 4.21 mln. manatlıq xalis mənfəət edib. Bank bu xalis mənfəətləri ilə illərin yığılmış zərəri (problemli kreditlərdən qaynaqlanır) 252.95 mln. manatdan 248.74 mln. manata qədər azalıb.

wq32423423423

Son xəbərlər
Digər xəbərlər