7 C
Baku
Thursday, December 12, 2024

Bank VTB (Azərbaycan) qeyri-iş günlərində çalışacaq®

Bank VTB (Azərbaycan)-ın “Əcəmi” və “Neftçilər” filialları müştərilərin rahatlığını təmin etmək məqsədilə qeyri-iş günləri – 3-6 yanvar 2020-ci il tarixində xidmət göstərəcək.

Bankın ofisləri saat 10.00-dan 16.00-dək çalışacaq. 

Müştərilər əsas xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər: 

  • Cari hesabdan vəsaitin verilməsi;
  • Təcili pulköçürmələri;
  • Cari hesabların açılması;
  • Ödəniş kartının sifarişi;
  • Cari (kart) və depozit hesabların artırılması

Filialda eləcə də kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlərdən istifadə etmək də mümkündür.

Bundan başqa, müştərilər bankın çağrı mərkəzinin 986 qısa nömrəsinə saat 10.00-dan 16.00-dək zəng edərək məhsul və xidmətlər üzrə məsləhət ala bilər. 

 

Son xəbərlər
Digər xəbərlər