16 C
Baku
Saturday, April 20, 2024

“Bank VTB” İdarə Heyətinin keçmiş üzvü “Unibank”da müavin oldu

“Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinə yeni müavin təyin edilib.

Banka istinadən, İqor Okayev korporativ bank xidmətləri üzrə müavin təyin edilib.

Bununla da, “Unibank”ın İH üzvlərinin sayı 3-dən 5-ə çatıb.

İ.Okayev bundan əvvəl “Bank VTB (Azerbaijan)” ASC-nin İH-nin üzvü idi.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 119 685 712 manatdır. Bankın səhmlərinin 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,6%-i Zemfira Cəfərovaya, 19,4%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,4%-i Almaniyanın “DEG” investisiya şirkətinə, 8%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,3%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4%-i isə minaritar səhmdarlara məxsusdur.

©Report

Son xəbərlər
Digər xəbərlər