-1 C
Baku
Sunday, December 15, 2024

Banklar Brexit səbəbindən bizneslərini Londondan köçürür

Bloomberg agentliyinin verdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından çıxma prosesini başlatdıqdan sonra baş-qərargahları Londonda yerləşən nəhəng investisiya bankları növbəti bir neçə həftə ərzində öz əməkdaşlarını ölkədən çıxarmağa başlayacaqlar.

Agentliyin verdiyi məlumata görə, daha əvvəl bildirilirdi ki, banklar  əməkdaşların ölkədən köçürülməsi müddəti və sayı haqqında dəqiq qərar qəbul etməzdən əvvəl London və Brüssel arasında gedən danışıqların gedişatını izləyir.

Londonda qərarlaşan banklar belə desək pasportizasiya hüququ əldə edir və bu da onlara Avropa İqtisadi zonasında (AİZ özündə Aİ-nin 28 ölkəsini, həmçinin İslandiya, Norveç və Lixtenşteyni birləşdirir) işləməyə imkan verir.

Adını açıqlamaq istəməyən bank nümayəndələrinin Bloomberg agentliyinə verdikləri müsahibəyə əsasən, bank rəhbərləri qlobal maliyyə mərkəzi statusunun Böyük Britaniyada qalması haqqında heç bir planın olmaması ilə bağlı narahatlıq keçirir. Onların sözlərinə görə, banklar Britaniyanın Avropa İttifaqından çıxması haqqında danışıqların sonuna qədər Aİ-də yeni ofislər yaratmaq və ya əlavə ofislər tapmaq niyyətindədirlər.

Rəsmi danışıqlar 2017-ci ilin əvvəlində başlamalıdır və iki il davam edəcək. Danışıqlar prosesindən əvvəl Britaniya rəhbərliyi ilin sonuna qədər Brüsselə Lissabon razılaşmasının 50-ci maddəsi çərçivəsində Aİ-dan çıxması ilə bağlı rəsmi bəyannamə təqdim etməlidir. Avropa İttifaqı isə Tereza Mey-dən bu prosesi mümkün qədər tez həyata keçirməyi tələb edir. Baş nazir isə öz növbəsində bildirdi ki, bunu 2017-ci ildən tez etməyəcək, çünki yeni Britaniya rəhbərliyinə danışıqlara hazırlaşması üçün zaman lazımdır.

Banklara Böyük Britaniyada referendumdan sonra atacaqları addımlar ilə bağlı konsultasiyalar verən Brexit və PwC haqqında suallar ilə bağlı agentliyin rəhbəri Endryu Grey bildirib: “Bütün bu il potensial ssenarilərin, variantların və mümkün planların müzakirə edilməsi üçün sərf ediləcək. Bəzi planların həyata keçirilməsi üçün zaman lazımdır və şirkətləri 2019-cu ilin yanvar ayına qədər gözləyə bilməz. Risklər isə bizneslə məşğul olmağa imkan vermir”.

 

Son xəbərlər
Digər xəbərlər