Azərbaycanda 2024-cü ilin yanvar – aprel ayında banklar tərəfindən 407.5 mln. manat xalis mənfəət əldə ediblər. Halbuki, bu 2023-cü ilin eyni dövründə 345.2 mln. manat idi.
Banker.az bunu Mərkəzi Bankın statistik bülleteninə istinad edir.
Belə ki, onlar 585 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.
Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 89.9 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.