Azərbaycan banklarının kredit portfeli 2021-ci ilin iyul ayı ərzində də artıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki bankların müştərilərə verdiyi kredit portfelinin həcmi 14 milyard 966.5 milyon manata çatıb.
Bu da öncəki ayla müqayisədə 109.6 milyon manat, yaxud 0.74% artması deməkdir.
Kredit portfelinin 8 milyard 728.5 milyon manatı biznes (aylıq müqyisədə 0.9 mln. cüzi azalıb), 4 milyard 24.6 milyon manatı (84.7 mln. manat artım) istehlak və 2 milyard 213.4 milyon manat (25.8 mln. manat artım) isə ipoteka kreditləri olmuşdur.
Bununla belə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937.5 milyon manat təşkil edib. Bu, ötən ayla müqayisədə 2.5% çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur.