8 C
Baku
Friday, December 13, 2024

Banklar kredit faizlərindən 1.7 milyard manat gəlir əldə ediblər

Azərbaycandakı 26 bank 2023-cü ilin yanvar-avqust aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 8 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1.680.2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19.3% çoxdur.

Bankların 2022-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1,408.6 milyon manat təşkil etmişdir.

Bu il faizlər üzrə xərcləri isə 553.7 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 409.8 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
Digər xəbərlər