10 C
Baku
Thursday, December 12, 2024

Banklar manat qıtlığı yaşayır

Son dövrlər manatın dollara qarşı məzənnəsinin qalxmasını, bazarda manat çatışmamazlığı ilə bağlayan mütəxəssislər az deyil. Hətta bildirilir ki, hərraclarda dollara olan tələbatın yüksək olmasına baxmayaraq, banklar dollar almağa manat tapa bilmirlər.

Bu mövzunun davamı olaraq, bankların manatı əhalidən yığmaq üçün keçirdiyi tədbirlərin intensivliyidə artmışdır. Misal üçün Yapı Kredi Bank 17-18% -lə əmanətlərin cəlb edilməsinə başlanıb. Bankın bu tip əlacsız manat axtarışına çıxması həm bankın öhdəliklərini icra edə bilməməsindən (bank ötən ili 10 mln. zərərlə başa vurub) ,həm vaxtı qurtaran digər manat depozit sahiblərinin pulunu qaytarmağa vəsaitin çatışmaması , həmdə bazarda yaşanan qıtlıqla bağlı ola bilər.

Nəzərə alsaq ki, banklar bütün likvid pullarını Mərkəzi Bankın əmanət hərraclarında baha qiymətə ( təxminən 15%) satırlar, buda manat bazarına ciddi təsirini göstərir.

Son xəbərlər
Digər xəbərlər