İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, problemli kreditlərin sayının artması kreditlərdən istifadə imkanlarının xeyli məhdudlaşdırıb
“Bu gün bankların kreditləşməsində bir sıra problemlər var”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
“Vətəndaşların və iş adamlarının kredit almasında çətinliklər qalmaqdadır. Kredit verilmə şərtlərinin ağırlaşdırılması kredit alanların sayına təsir göstərib. Problemli kreditlərin sayının artması kreditlərdən istifadə imkanlarını xeyli məhdudlaşdırdı. Bu da bankların kreditləşmə imkanları baxımından heç də arzu olunan deyil. Banklar hələ də manatla kredit verməkdə maraqlı görsənmirlər” — deyə o bildirib.