-3 C
Baku
Sunday, December 15, 2024

Banklar SWIFT-dən “Blokchain” sisteminə keçir

Blokçeyn sistemi hazırda bütün dünyada banklararası maliyyə informasiyalarının göndərildiyi və hesablaşmaların həyata keçirildiyi SWIFT (Society for worldwide interbank financial telecommunications) sisteminin yerinə keçməyə hazırlaşır. “Haberler” saytına istinadən, 100-dən çox bank “Ripple” rəqəmsal valyutasının bazasından istifadə edərək xaricə vəsait köçürülməsinin müddətini 3 gündən 10 dəqiqəyə qədər azaldacaq.

Qeyd edək ki, bu banklar arasında “Sabançı Holdinq”ə məxsus Türkiyənin nüfuzlu “Akbank”ı da yer alıb. Bankın birbaşa bankçılıq üzrə müdir müavini Tolqa Ulutaş bildirib ki, “blokçeyn sistemi bankın mənfəətinə müsbət təsir göstərəcək. Xərclərin azalması müştərilərə də təsir edəcək”.

Eləcə də bax: “Bitcoin”də kapital itkisindəki rəqəm $100 milyarda çatdı

“Ripple” sistemindən istifadə edən banklar arasında dünyada məşhur olan UBS, “Unicredit”, BBVA, “Credit Agricole” və “Mizuho” da var.

Ekspertlər ildə 1 mln. əməliyyat edən və 5 mlrd. dollar pul transferti həyata keçirən bir bankın hər əməmliyyatdan 6,86 dollar, ümumilikdə isə 6,86 mln. dollara qənaət edəcəyini bildiriblər. Məbləğ artdıqca bankların qənaət etdiyi vəsaitin həcmi də artır. Məsələn, 1 mln. əməliyyatla 100 mlrd. dollarlıq transfert edən bank 71,5 mln. dollar qənaət edir.

Qeyd edək ki, “Ripple”in qiyməti bu gün keçirilən hərraclarda kriptovalyuta bazarında ümumi ucuzlaşmaya baxmayaraq 28% artaraq 1,25 dollara çatıb. Onun kapitallaşması 5 mlrd. dollar, tədavüldə olan “coin”ların sayı isə 38,7 mlrd. ədəddir.

Son xəbərlər
Digər xəbərlər