8 C
Baku
Thursday, March 28, 2024

Banklar tərəfindən Naxçıvan Sahibkarlığın İnkişafı Fonduna 15 mln. manat kredit verilib

Naxçıvanda sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artıb.

Banker.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 37 milyon 676 min 800 manat kredit verilib ki, bunun 15 milyon 577 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb.

Ümumilikdə, 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən 1529 layihənin maliyyələşdirilməsinə 169 milyon manatdan çox güzəştli kreditlər ayrılıb.

Son xəbərlər
Digər xəbərlər