2 C
Baku
Saturday, December 14, 2024

Banklara Nəzarət Palatası yeni qaydalar təstiq edib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların sistem əhəmiyyətliliyinin müəyyən edilməsi metodologiyasını təsdiq edib. Bu barədə MBNP-nin məlumatında deyilir.

Müvafiq qərar iyunun 9-da Palatanın Direktorlar Şurasının növbəti iclasında qəbul edilib.

“Metodologiya Beynəlxalq Hesablaşmalar Bankının bank nəzarəti üzrə Bazel Komitəsinin müəyyən etdiyi standartlar və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanıb”, – deyə məlumatda bildirilir.

Metodologiyada bankların sistem əhəmiyyətliliyi, maliyyə göstəriciləri, inklüzivlik (maliyyə vasitəçiliyində rolu) və ölkənin bank sektorunun spesifikası nəzərə alınır.

Son xəbərlər
Digər xəbərlər