26 C
Baku
Wednesday, April 24, 2024

Əhalinin banklardakı müddətli depozitləri artıb, tələbli olanlar azalıb

Azərbaycan banklarında fiziki şəxslərin depozitlərinin həcmi 1 sentyabr 2022-ci il tarixinə 10 milyard 632 milyon manata yüksəlib.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu da son bir ayda 0.25 faiz artım deməkdir.

Fiziki şəxslərin depoizitlərinin müddətli olan hissəsi son ayda 1.12% artaraq  5 milyard 880 milyon manata çatdığı halda, tələbli depozitlərin həcmi 0.81% azalma ilə  4 milyard 752 milyon manata çatıb.

Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə  bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.

Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır. Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.

214321

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər