-1 C
Baku
Sunday, December 15, 2024

Banklarda vaxtı keçmiş kreditlərin payı artıb

2023-cü ilin fevralında Azərbaycanda  vaxtı keçmiş kreditlərin həcmi yüksəlib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2023-cü ilin 1 fevral-da 583.8 milyon manat olan problemlio kreditlərin həcmi 606.1  milyon manata yüksəlib. Bu da cəmi kredit portfelində (20 mlrd. 347.1 mln. manat) 2.88%-dən 2.98%-ə qalxması deməkdir.

Hesabat tarixinə, 16 milyard 370.7 milyon manatlıq milli vaıyutadakı kreditlərin 448.6%-i problemli kreditlər təşkil edib.

3 milyard 919.1 milyon manat ekvivalentində olan xarici valyutada olan kreditlərin 157.6 milyon manat ekvivalenti vaxtı keçmiş kreditlər təşkil edib.

Xarici valyutada problemli kreditlərin həcmi aylıq müqayisədə 3% artmış olub.

Xarici valyutada olan problemli kreditlərin cəmi xarici valyutada olan kreditlərdə payı son ayda 3 faizdən 4 faizə qədər yüksəlmişdir.

Qeyd edək ki, xarici valyutada verilən kreditlərin 3 milyard 919.1 milyon manat ekv. banklar, 57.3 milyon manat ekv. isə qeyri-banklar tərəfindən verilib. Bankların verdiyi xarici valyutada olan kreeditlərin 3 mlrd. 177.1 mln. manat ekv.-i uzunmüddətlidir.

 

Son xəbərlər
Digər xəbərlər