Həm kədəri, həm qələbə sevincini yaşadığımız, sağlamlığımızın, birliyimizin qədrini daha çox bildiyimiz 2020-ci ilin son ayında bir çox banklar yeni ilə daha böyük ümidlə başlamaq üçün kampaniyalara start veriblər.
Banker.az yeni il ilə əlaqədar kampaniya elan edən bankları araşdırıb və sizə təqdim edir.
Accessbank
“AccessBank” Nağd kredit kampaniyasına start verib. İlin sonunadək qüvvədə olan kampaniya çərçivəsində müştərilər əmək haqlarının 10 mislinədək kredit əldə edə bilirlər. Kampaniyanın özəllikləri: Kreditin maksimal məbləği: 30.000 AZN, Kreditin müddəti: 36 ayadək, Kreditin sığorta haqqı – 0%, Komissiya haqqı – 0%
Bundan başqa, müştərilər üçün hədiyyə olaraq, “myCard” kredit kartı da nəzərdə tutulub.
Bank of Baku
Bank of Baku yeni il münasibətilə yenilənmiş şərtlərlə HƏR KƏSİ sevindirəcək kampaniyaya start verir. Belə ki, yeni kampaniya çərçivəsində müştərilər bu sərfəli şərtlərdən faydalanacaqlar: Əmək haqqının 20 MİSLİ QƏDƏR kredit; Məbləğ: 30.000 AZN-dək; İllik faiz dərəcəsi: min.16%; ZAMİNSİZ; KOMİSSİYASIZ.
Qeyd edək ki, kampaniyadan faydalan şəxslər növbəsiz çevik rəsmiləşmə üstünlüyünə də sahib olacaqlar. Kampaniya 15 yanvar 2021-ci il tarixinə kimi keçərlidir.
Bank Respublika
Kampaniya çərçivəsində bankın müştəriləri yeni il planlarının həyata keçirmək üçün 3 faydalı təklif alacaqlar. Kampaniya müddətində nağd kredit rəsmiləşdirən müştərilərə 3 aylıq güzəşt müddəti veriləcək və bu müddət ərzində yalnız hesablanmış faizlər ödəniləcək. Bununla yanaşı, bank bütün nağd kreditlər üzrə komissiyada 20% endirim edir ki, bu güzəşt Bank Respublika-da kredit üçün müraciət etməyi daha sərfəli edəcək.
Yeni il kampaniyası çərçivəsində üçüncü təklif isə, 3 aylıq güzəşt dövrü ərzində ödənilən faizlərin ümumi məbləğinin 21% -i həcmində keşbək şəklində geri qaytarılmasıdır. Bank Respublika-da nağd kredit üçün müraciət etməyin üstünlüklərindən biri də illik 15%-dən başlayan sərfəli faiz dərəcəsidir.
PASHA Bank
PAŞA Bank, kiçik və orta biznes sahiblərini 21-30 dekabr 2020-ci il tarixlərində davam edəcək yeni il kampaniyası cərçivəsində endirim imkanları və hədiyyələrdən yararlanmağa dəvət edir. Belə ki, hüquqi şəxs və fərdi sahibkarlar 21-30 dekabr tarixlərində Onlayn biznes kreditini illik 16.5% faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu kreditdən yararlanan hüquqi şəxslər azaldılmış faiz dərəcəsindən əlavə bir illik PAŞA Bank Miles&Smiles Visa Biznes Platinum kartını, fərdi sahibkarlar isə Umico balansına 100 AZN bonus qazanacaqlar.
Bundan əlavə, kampaniya çərçivəsində hesabın açılması və ölkədaxili ilk ödəniş pulsuz, mühasibat və vergi hesabatı xidmət paketinə əvvəlcədən abunəliyə 10%, Link ilə ödəniş xidmətinə 20% endirim təklif olunur. Həmçinin, PAŞA Bank müştəriləri ekvayrinq xidməti üzrə “Dəstək” tarif paketində 10%, “Yüksəl” və “Parla” tarif paketində isə 5%, endirimdən yararlanmaq şansı əldə edirlər.
Rabitəbank
Rabitəbank müştərilərinə ənənəvi il sonu kampaniyası təklif edir. Qarşıdan gələn 2021-ci il münasibətilə nağd pul kreditinin illik minimal faizi 15.21%-ə endirildi. 14 dekabr-13 yanvar tarixləri ərzində davam edəcək bu kampaniya ilə 36 ayadək maksimum 20.000 AZN nağd pul krediti əldə etmək mümkün olacaq. Əldə edilmiş nağd pul kreditinə müddətindən asılı olmayaraq heç bir sığorta haqqı tələb olunmayacaq. Həmçinin kredit əldə edən hər kəsə Kartmane debet və ya kredit kartı hədiyyə olunacaq.
Yapı Kredi Bank Azərbaycan
“Yapı Kredi Bank Azərbaycan” Worldcard kredit kartı müştəriləri üçün fürsətlərlə dolu “Yeni il” kampaniyasını təqdim edir. 1 dekabrdan 31 dekabra qədər ölkədaxili bütün POS terminallardan və xarici saytlardan edilən alış-verişlər zamanı ödənişləriniz 3 hissəyə bölünəcək! Kampaniya bütün digər bankların POS terminallarında da keçərlidir!
Yelo Bank
Yeni il qabağı sərfəli kredit axtarışındasınız? O zaman Yelo Bankın kredit aksiyası tam sizə görədir. Bu gündən başlayaraq əmək haqqınız və kreditin müddətindən asılı olmayaraq bütün kreditləri illik cəmi 17% ilə təklif edirik.Kampaniyanın şərtlərinə uyğun olaraq əməkhaqqınızın 12 mislinədək kredit əldə etmək imkanınız var. Bundan əlavə, əməkhaqqınızın 10 mislinədək kreditlərdə zamin tələb olunmur.
Təklif yalnız dekabr ayının sonuna qədər (30.12.2020 tarixi daxil olmaqla) aktiv olacaq.