Azərbaycanda milli və xarici valyutada olan müddətli əmanətlərin illik faiz dərəcəsi noyabrda yüksəlib.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2022-ci ilin noyabrında müddətli əmanətlərin manatda orta faiz dərəcəsi 9.20%-dən 9.31%-ə qədər yüksəlib.
Manatda olan müddətli əmanətlərdə ən çox bahalaşma 3-6 ay aralığında olanlardadır. Bir ay öncə 4.39% olan bu əmanətlərin orta illik faiz dərəcəsi 5.08%-ə qədər yüksəlib.
Xarici valyutada olan depozitlərin orta faiz dərəcəsi isə 1.69%-dən 1.73%-ə yüksəlib.
Fiziki şəxslərin müddətli depozitlərinin faiz dərəcələri: