9 C
Baku
Thursday, December 12, 2024

Bankların aktivlərinin həcmi 49.3 milyard manata çatıb – İCMAL BALANS

Azərbaycanda bankların cəmi aktivləri 1 fevral 2024-cü il tarixinə 49 mlrd. 296.8 mln. manat, cəmi öhdəlikləri 43 mlrd. 144.4 mln. manat, balans kapitalı 6 mlrd. 152.4 mln. manat olub.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Yanvar ayında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.2%, 0.1% və 1.5% artıb.

AMB bildirir ki, ötən ayda bankların kredit portfeli 1.7% və ya 383.4 mln. manat artaraq 23 mlrd. 566.4 mln. manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 54.8% (12,912.9 mln. manat);

ıı) istehlak kreditləri – 29.7% (7,008 mln. manat) və

ııı) ipoteka kreditləri – 15.5% (3,645.5 mln. manat).

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 296.1 mln. manat (+2.3%), 71 mln. manat (+1%) və 16.3 mln. manat (+0.4%) artmışdır.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.1%-i və ya 34,995.4 mln. manat.

Depozit portfelinin 63.3%-i (22,164.2 mln. manat) hüquqi şəxslərin, 36.7%-i (12,831.2 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

2024-cü ilin yanvar ayında fiziki şəxslərin əmanətləri 2% və ya 249.1 mln manat artaraq 12,831.2 mln. manat təşkil etmişdir. Fiziki şəxslərin əmanət portfelinin 55.4%-i (7,113.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,499.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 79%-ni təşkil edib.

Azərbaycan bankları 2024-cü ilin yanvar ayında banklar 99.6 mln. manat xalis mənfəət, 143.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Bankların xalis mənfəəti öncəki ilin eyni dövründə 90.3 mln. manat idi.

Bankların faiz gəlirləri illik müqayisədə 17 faiz artaraq 321 mln. manat və qeyri-faiz gəlirləri 26 faiz artaraq 67.2 mln. manat olub.

Son xəbərlər
Digər xəbərlər