9 C
Baku
Friday, December 13, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Azərbaycan banklarının Neftçilər gününə həsr etdiyi kampaniyalar

Azərbaycan banklarının Neftçilər gününə həsr etdiyi kampaniyalar

0
Azərbaycan banklarının Neftçilər gününə həsr etdiyi kampaniyalar

20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

Pərakəndə sahəsində ixtisaslaşmış banklar mütəmadi olaraq müxtəlif peşə sahibləri üçün kampaniyalar keçirirlər. Kampaniyalar əsasən nağd kredit məhsullarına tətbiq edilən güzəştləri əhatə edir və ayrı-ayrı tarixlərdə təhsil işçiləri, tibb işçiləri, dövlət qulluqçuları, hərbiçilər və s. seqmentlərin Banka cəlb edilməsi və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədlərini daşıyır.

Azərbaycan neft ölkəsi olduğu və ölkədə bu sektorun kifayət qədər inkşaf etdiyi üçün Neft Sektorunda çalışanlar xüsusi çəkiyə sahibdir. Həmçinin bu sahə gəlirli sahə olduğu üçün işçilərin əmək haqqları digər sektorlarla müqayisədə nisbətən yuxarı olur. Bu baxımdan “neftçilər”i Banklar üçün kifayət qədər cəlbedici müştəri seqmenti hesab etmək olar.

Banker.az olaraq Neftçilərin peşə bayramı ilə əlaqədar hansı Banklarda kampaniya keçirildiyini araşdırdıq. Araşdırma nəticələrini aşağıda Sizlərə təqdim edirik. Ümid edirik ki, bu araşdırma nağd pul krediti əldə etmək istəyən və neft sektorunda çalışanlar üçün faydalı olacaq.

Bank of Baku

Kampaniyanın aktiv olma müddəti – 31.10.2017-ci il tarixinədək.

Kreditin maksimal məbləği –10 000 AZN;

Kreditin maksimal müddəti – 36 ay;

İllik faiz dərəcəsi – 26% – 32%;

Kredit üzrə komissiya – 0% (komissiya tutulmur)

Kampaniyanın əsas güzəşti – Kampaniya dövründə nağd pul krediti əldə edən müştərilərə 2018-ci ilə qədər əsas borcdan möhlət hüququ verilir və aylıq ödəniş kimi yalnız hesablanmış faizlər ödəniş olaraq tələb edilir.  Əsas borc üzrə ödənişlər isə 2018-ci ilin yanvar ayının ödənişindən etibarən tələb edilir.

Unibank

Kampaniyanın aktiv olma müddəti – 22.09.2017-ci il tarixinədək.

Kreditin maksimal məbləği –15 000 AZN;

Kreditin maksimal müddəti – 36 ay;

İllik faiz dərəcəsi – 23% – 32%;

Kredit üzrə komissiya – 1%.

ExpressBank

Kampaniyanın aktiv olma müddəti – 25.09.2017-ci il tarixinədək.

Kreditin maksimal məbləği –10 000 AZN;

Kreditin maksimal müddəti – 36 ay;

İllik faiz dərəcəsi – 28%;

Kredit üzrə komissiya – 0%.