21 C
Baku
Thursday, April 25, 2024

“Barclays” neftin qiymətləri ilə bağlı proqnozunu aşağı salıb

“Barclays” 2023-cü il üçün neft qiymətləri ilə bağlı proqnozunu aşağı salıb, buna qismən sanksiyalar fonunda Rusiyada hasilatın gözləniləndən daha güclü olması səbəb olub.

Bankın yeni proqnozuna görə, “Brent” markalı neftin orta qiyməti 92 dollar/barel olacaq ki, bu da əvvəllər düşünülən göstəricidən 6 dollar azdır. “WTI” markalı xam neftin qiyməti ilə bağlı proqnoz 7 dollar azaldılıb və 87 dollar/barel təşkil edib.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

2024-cü ildə “Barclays” proqnozlaşdırır ki, “Brent” markalı neft orta hesabla bir barel üçün 97 dollara, “WTI” isə 92 dollara başa gələcək.

“Barclays” analitikləri qlobal neft tələbi ilə bağlı proqnozu sutkada 150 min barel artırıblar. Buna COVID-19 səbəbiylə tətbiq edilən məhdudiyyətlərdən imtina edən Çində istehlakın sutkada 900 000 barel artması gətirib çıxarıb. “Barclays” hesab edir ki, 2023-cü ilin ikinci yarısında qlobal bazar gündəlik 500 min barel həcmində neft qıtlığı ilə üzləşəcək.

“Bloomberg”in sorğusuna qatılan analitiklərin fikrincə, 2023-cü ilin ikinci yarısına qədər qlobal bazar neft qıtlığı ilə üzləşəcək, bunun nəticəsində neftin qiymətləri qalxacaq və 2022-ci ilin avqustundan bəri ilk dəfə üçrəqəmli rəqəmlərə qayıdacaq.

“Goldman Sachs”ın əmtəə araşdırmalarının rəhbəri Ceff Karri “Bloomberg”ə bildirib ki, Çində anti-COVID məhdudiyyətlərinin aradan götürülməsi qlobal ehtiyat potensialını gərginləşdirərək qiymətləri dördüncü rübdə 100 dollar/barelə qədər yüksəldəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər