Bazar ertəsi “Barclays” Avropa İttifaqının sanksiyalarından ardından Rusiya tədarükünün daha böyük və davamlı olaraq kəsilməsini əsas gətirərək, Brent markalı xam neftin qiyməti ilə bağlı proqnozlarını 2022-ci il üçün $11 və 2023-cü il üçün $23 artırıb.
Banker.az “Reuters”ə istinadla xəbər verir ki, Britaniya bankı Brent neftinin qiymətini bu il və gələn il orta hesabla $111, ABŞ-ın Qərbi Texas neftini (WTI) isə eyni dövr üçün $108 səviyyəsində görür.
Bazar ertəsi Brent markalı neftin fyuçersləri bir barel üçün $120, WTI fyuçersləri isə $119 səviyyəsinə yüksəlib.
Rusiyanın neft hasilatının ilin sonuna qədər sutkada 1.5 milyon barrel azalacağı gözlənilir. “Barclays” əlavə edib ki, artıq ehtiyatların proqnoz dövründə normallaşmasını gözləmir.
Ötən həftə Aİ liderləri ilin sonuna qədər Rusiyadan neft idxalını 90% azaltmağa razılaşıblar.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Avropa neft və neft məhsulları ixracının təxminən yarısını Rusiyadan tədarük edirdi.
Bazar ertəsi “Citi Research”, bu il üçün rüblük neft qiymətləri proqnozlarını və 2023-cü il üçün orta illik proqnozunu artıraraq, İrandan hər hansı əlavə tədarükün artıq çox gecikmiş göründüyünü qeyd edib.