8 C
Baku
Thursday, December 12, 2024

“Barselona” futbolçuları maaşlarının 70%-dən imtina edəcək

İspaniyanın “Barselona” klubunun futbolçuları maaşlarının 70 faizindən imtina edəcək.

Bu barədə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi şəxsi “İnstagram” hesabı vasitəsilə bildirib.

33 yaşlı hücumçu klub işçilərinin maaşlarını ala bilməsi üçün komanda yoldaşları ilə birlikdə onların hesablarına müəyyən məbləğin köçürüləciyini söyləyib. O, çətin dövrdə komandaya kömək məqsədilə bu addımı atdıqlarını vurğulayıb.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb.

©Report

Son xəbərlər
Digər xəbərlər