15 C
Baku
Monday, May 6, 2024

Baş DYP sürücülük vəsiqələrinin hazırlanması üçün 39 milyon manat xərcləyəcək

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “Bakinity Distribution” MMC ilə 39 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının hazırlanması üçün lazım olan xüsusi materiallar, avadanlıq və ehtiyyat hissələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 39 172 485.37 AZN təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər