15 C
Baku
Saturday, April 20, 2024

Baş katib: “Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

BMT-nin baş katibi Antoniu Guterreş koronavirus infeksiyası pandemiyasından sonra dünyanı gözləyən iki ssenari haqqında danışıb.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

Birinci ssenari ölkələrin mövcud vəziyyətin öhdəsindən gəlməsini nəzərdə tutur. Şimal dövlətlər uğurlu bərpa planı hazırlayacaqlar, inkişaf etməkdə olan dövlətlər isə yardım alacaqlar. Eyni zamanda, Guterreş koronavirus peyvəndinin yaxın doqquz ayda hazır olacağına və istifadəyə veriləcəyinə emid etdiyini bildirib. Onun fikrincə, hadisələr bu istiqamətdə inkişaf etdiyi təqdirdə, iki-üç ildən sonra hər şey əvvəlki kimi olacaq.

Bununla yanaşı, BMT-nin baş katibi pessimist ssenaridən də danışıb. Onun sözlərinə görə, koronavirus infeksiyasının ikinci və hətta üçüncü dalğası baş verə bilər. Üstəlik, peyvənd üzərində işin təxirə salınması və ya yalnız inkişaf etmiş ölkələr üçün əlçatan olması variantı mümkündür.

“İkinci ssenari reallaşdığı təqdirdə, seqreqasiya və ksenofobiya problemlərinin artdığını müşahidə edəcəyik”, – məqalədə vurğulanır. Nəticədə, 5-7 il davam edəcək qlobal depressiya başlaya bilər.
BMT-nin baş katibinin fikrincə, qlobal çətinliklərin öhdəsindən yalnız qlobal idarəetmə qurumlarının və beynəlxdalq əməkdaşlığın köməyi ilə gəlmək mümkündür. Guterreş qeyd edir ki, dövlətlərarası əməkdaşlığın mövcud metodları yenidən nəzərdən keçirilməlidir.

Bunun çərçivəsində BMT və onun orqanları Dünya Bankı, habelə BVF və regional təşkilatlarla sıx işləyəcəkdir.

Son xəbərlər
Digər xəbərlər