4 C
Baku
Friday, March 29, 2024

Baş katib: “Pandemiya səbəbindən turizm sahəsi üzrə itkilərin həcmi 1 trilyon 500 milyon dollardır”

“Pandemiya bütün dünyanı cənginə alıb, 2-3 aydır ki, bütün dünya bağlıdır, 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb”.

Bunu iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən videokonfransda deyib.

O bildirib ki, bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub: “Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmamışdı. İndi biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir”.

Zurab Pololikaşvili son 2 ayda təşkilatın həyata keçirdiyi işlərdən danışaraq qeyd edib ki, qurum tərəfindən ilk gündən regionlar üzrə fəal ölkələrin, aidiyyəti beynəlxalq təşkilatların daxil olduğu böhran komitəsi yaradılıb, “Evdə qal ki, sabah səyahət edəsən” adlı kampaniya elan olunub.

Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıqdan danışan Zurab Pololikaşvili mehmanxanaların sertifikatlaşdırılması üzrə layihənin Prezident İlham Əliyev və təşkilat tərəfindən dəstəklənməsini məmnunluqla vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər