12 C
Baku
Wednesday, April 24, 2024

Baş nazir Gürcüstan Prezidenti ilə görüşüb

Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb.

Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin geniş gündəliyi var. İki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğu vurğulanıb.

Azərbaycan Prezidentinin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən 9-cu iclasının önəmi qeyd edilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər