10 C
Baku
Wednesday, December 11, 2024

Baş nazir Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 22-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb.

Banker.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə cari ilin fevral ayında Ankarada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların vacibliyi qeyd edilib və birgə həyata keçirilən transmilli layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb.

Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində aparılacaq müzakirələrin və imzalanacaq sənədlərin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər
Digər xəbərlər