9 C
Baku
Thursday, December 12, 2024

Baş Prokurorluq sosial şəbəkələrdəki saxta profillərlə bağlı məlumat yayıb

Bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər öz real ad və soyadlarını həmçinin, digər anket məlumatlarını gizlədir – saxta istifadəçi adlarından, profil hesablarından istifadə etməklə bu cür sosial şəbəkələrdən istifadə edirlər. Təbii ki, öz-özlüyündə bu halın mövcudluğu şəxs üçün hər hansı bir hüquqi məsuliyyət yaratmır. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri təhqir etməkdən və onlara böhtan atmaqdan çəkinmirlər. Odur ki, bu tip halların qarşısının alınması, dövlət tərəfindən insanların şərəf və ləyaqətinin müdafiəsinin, saxta profil hesablarından istifadə edərək insanların şərəf və ləyaqətini alçaldan, onlara böhtan atan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmini üçün Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə edilmişdir. Bu maddə ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə də cinayət məsuliyyətinə səbəb olur.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış “Sosial şəbəkələrdə saxta adlardan istifadə edən şəxslərlə” bağlı videoda məlumat verilir.

Bildirilir ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayətinin “Təhqir” və “Böhtan” cinayətlərindən fərqləndirən önəmli bir özəlliyi də bu cinayət üzrə cinayət təqibinin ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməsidir. Bu isə Cinayət-Prosessual Məcəlləsinin 37.5-ci maddəsində qeyd edilən hallardan biri olduqda cinayət təqibinin prokurorun təşəbbüsü ilə zərər çəkmiş şəxsin şikayəti olmadan da başlaya bilməsi deməkdir.

Son xəbərlər
Digər xəbərlər