“Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib”.
Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.
K.Əliyev qeyd edib ki, bank sahəsi ilə bağlı şikayətlər artıb: “Hazırda idarədə mənzil-tikinti sahəsində, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri şəxsləri barəsində cinayət işləri istintaq olunur”.