ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden hakimiyyətin ona ötürülməsi zamanı Pentaqon tərəfindən yaradılan maneələrdən şikayətlənib.
Bu barədə “RİA Novosti” xəbər verir.
“Bəzi nazirliklərdə bizə kömək edirdilər, amma bəzilərində – bu, ən çox Müdafiə Nazirliyində ortaya çıxdı – siyasi rəhbərlik tərəfindən bizə əngəl yaradırdılar”, – siyasətçi bildirib.
Bayden təhlükəsizlik baxımından önəmli olan bir çox idarələrin mövcud rəhbərlik dövründə “ciddi ziyana” məruz qaldığını əlavə edib.