13 C
Baku
Monday, May 6, 2024

Bayden Rusiyanın atəşkəs elan etməsinə münasibət bildirib

ABŞ Prezidenti Cozef Bayden Rusiya tərəfindən Ukraynanın bütün təmas xətti boyunca atəşkəs elan edilməsinə münasibət bildirib.

Prezident jurnalistlərə açıqlamasında Putinin bu qərarı verməsinə təəccüblənmədiyini qeyd edib:

“Yeni il ərəfəsində Putin xəstəxana, uşaq baxçaları və kilsələri bombalamağa hazır idi. Məncə, hazırda o, bir az nəfəs almağa çalışır”, – deyə Bayden vurğulayıb.

Qeyd edək ki, atəşkəs rejimi 6 yanvar saat 12:00-dan 7 yanvar 00:00-dək davam edəcək.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər