-1 C
Baku
Sunday, December 15, 2024

Baydenin ‘müdaxiləsi’ ardından neft son saatlarda $5 ucuzlaşdı

Həftənin cümə axşamı ABŞ-ın strateji neft ehtiyatından (SNE) 180 milyon barrelə qədər neft buraxmağı düşündüyü xəbəri ilə neftin qiyməti bir barel üçün $5-dən çox ucuzlaşıb. SNE-nin bu qədər həcmdə bazara çıxarması yaxın 50 illik tarixində ən böyük göstəricidir.

May ayı üçün Brent fyuçersləri Bakı vaxtı ilə 10:00-da 5.47 dollar və ya 4.8% ucuzlaşaraq bir barel üçün $107.98 olub. May müqaviləsinin müddəti bu gün başa çatır və ən aktiv şəkildə satılan iyun fyuçersləri $5.26 ucuzlaşaraq $106.18 dollar olub.

ABŞ-ın WTI xam neftinin may fyuçersləri $6.23, yaxud 5.8% ucuzlaşaraq bir barel üçün $101.59-a düşüb.

ABŞ prezidenti Co Bayden bu gün administrasiyasının Rusiyanın Ukraynaya təcavüzündən sonra rekord həddə yüksəlmiş benzinin qiymətlərini aşağı salmağa yönəlmiş hərəkətləri ilə bağlı açıqlamalar verəcək.

Bu fakt da qeyd edilməlidir ki, dünyanın ən böyük neft alıcısı Çinin bəzi şəhərlərində sərt karantin rejimi tətbiq edilir.

ING-nin əmtəə strategiyasının rəhbəri Varen Petterson deyib ki, əgər bu qədər (180 mln. bbl) realizə olunsa, bu, əhəmiyyətli olardı və bu, əlbəttə ki, çatışmazlığın doldurulmasına müəyyən dərəcədə kömək edərdi, lakin hamısı deyil.

ABŞ-ın neftin ehtiyatlardan bazara çıxarması hazırkı yüksək artımın azaldılmasında və kəskin yüksəliş meyllərinin azaldılmasında təsirli ola bilər, lakin OPEC+ hələ də hasilatı dəstəkləmək istəmədiyi üçün qiymətlərin uzunmüddətli həllinə ehtiyac var.

Qonşusuna hərbi müdaxiləni “xüsusi əməliyyat” adlandıran Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün aparılan sülh danışıqları dalana dirəndiyi üçün tədarüklə bağlı narahatlıqlar fonunda neft dünən 3% bahalaşıb.

Rusiya dünyanın II ən böyük neft ixracatçısıdır və Ukraynana ərazisini işğal etdiyi üçün sərt sanksiyalarla üzləşib. Bu sanksiyalar ölkənin xam neftinin alışında alıcı tapmaqda çətinlik yaradır. Hətta ölkə ərazindən keçərək Avropaya yönələn Qazaxıstanın neft kəmərində də azalma müşahidə edilir. Qazaxıstan azalmanın bir müddət olacağı ilə bağlı xəbərdarlıq da edib.

Cari ayın əvvəlində Bayden hökuməti SNE-dən 30 milyon barel satacağını bildirmişdi ki, qiymətləri bir qədər səngitsin.

EIA ötən gün həftəlik hesabatında bildirdi ki, distilə edilmiş ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 milyon barrel azalma proqnozunu üstələyərək, martın 25-dək olan həftə ərzində 3.4 milyon barel azalma var.

Son xəbərlər
Digər xəbərlər