6 C
Baku
Sunday, December 15, 2024

Baydenlə Rişi Sunak arasında ilk telefon danışığı olub

ABŞ Prezidenti Co Baydenlə Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

Prezident Bayden Baş nazir təyinatı münasibətilə Rişi Sunakı təbrik edib. Co Bayden Böyük Britaniyanın ABŞ-ın ən yaxın müttəfiqi olaraq qaldığını söyləyib.

Onlar Ukrayna xalqını dəstəkləməkdə iki ölkənin oynadığı aparıcı rol və Putinin bu müharibədə uğursuzluğa düçar olmasının təmin edilməsi haqqında danışıblar.

Liderlər İndoneziyada keçiriləcək G20 Sammitində şəxsən görüşməyi səbirsizliklə gözlədiklərini bildiriblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər