4 C
Baku
Friday, March 29, 2024

Bazarda xaos yaradan qruplaşmalar

Bir çoxları bazardakı vəziyyəti əvvəlcədən təxmin etməyin mümkün olmadığını deyir. Buna səbəb də var. Əslində isə bazarda bazar proseslərini formalaşdıran və daim bir-biri ilə mübarizə aparan 5 əsas qruplaşma mövcuddur. CNBC telekanalının aparıcısı və keçmiş hedge-fond rəhbəri Cim Kramer belə düşünür: 

Problem ondadır ki, bu 5 qruplaşma özündə çox saylı investoru birləşdirir və fond bazarında ziddiyyətli fikirlər yaradırlar. Onlar bir ortaq məxrəcə gələ bilmirlər və nəticədə səhm qiymətləri müxtəlif istiqamətlərdə dəyişir.

“Öküzlər”

Bu qrupa daxil olan investorlar sırasında iqtisadiyyatın zamanla daha da güclü olduğunu zənn edən investor tapmaq çox asandır.

Bu investorlar əsas etibarilə dövri şirkətlərin səhm alıcılarıdırlar. Daha doğrusu iqtisadiyyatda vəziyyət yaxşılaşdıqca onlar özlərini daha yaxşı hiss etməyə başlayırlar.

Lakin bu qrupun professionalları qida, dərman və digər istehlak məhsulları istehsal edən şirkətlərdən istifadə edirlər.

“Ayılar”

Bu qrup belə hesab edir ki, FES yaxın zamanlarda faiz dərəcələrini yüksəldəcək. Əks təqdirdə inflyasiya nəzarət altından çıxacaq.

Bu qrup investorları yüksək faiz dərəcələrinin ziyan yetirdiyi şirkət və yaxud sahə axtarışındadır. Qrup sənaye və yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlər daxil olmaqla dövri sektora mənfi münasibət bəsləyirlər. Lakin bununla belə qorunan səhmləri almaqdan çəkinmirlər.

“Müşahidəçilər”

Bu qrupa daxil olan ivestorlar rüblük hesabatlara xüsusi diqqət yetirirlər və spn hesabatlar bazarı təəccübləndirməyi bacarmışdı. Məhz bu səbəbdən də bu qrup son zamanlar fəal şəkildə səhm almaq ilə məşğul idi.

Bəzən bu qrup daxilində “əhval-ruhiyyə” o qədər yüksək olur ki, bu da öz yüksək təsirini hesabatlarda təcəssüm etdirir.

“Geosiyasətçilər”

Bu qrup isə əsas olaraq sərhədlərdən kənarda baş verən hadisələrə köklənmişlər.

Geosiyasətçilər həmçinin dollar ilə sıx bağlıdırlar. Hazırda onlar neft, mis və digər məhsullara mənfi münasibət bəsləyirlər. Belə ki, dollar ilə ifadə olunmuş məhsullar, dolların möhkəmlənməsi halında ucuzlaşacaqlar.

“Şayiə yayanlar”

Kramerin sözlərinə görə, bu qrup nümayəndələri səhmlərin mümkün hərəkətlərini hiss edir və buna görə də əks halda hər hansı bir investisiya üçün əsas ola bilməyəcək şirkət səhmlərini alırlar.

Bu qrup xüsusən də müqavilə və yaxud birləşmə təxmin edilən sahələrə gözlənilməz yatırımlar edir.

Son xəbərlər
Digər xəbərlər