“Belarus Avropa Şurasına daxil olmaqla bağlı müraciətini geri götürə bilər”.
Bu barədə məlumatı Belarus XİN-in mətbuat katibi Anatoliy Qlaz açıqlayıb.
Onun sözlərinə görə, Avropa Şurası və Qərb tərəfindən Belarusa qarşı destruktiv yanaşma davam edərsə, ölkə bu quruma üzv olmağa dair müraciətini geri götürəcək və Avropa Şurası ilə geridə qalan formatlar üzrə münasibətlərini nəzərdən keçirəcək.
O bildirib ki, Belarusun müraciəti hələ 1990-cı illərdə Avropa Şurası tərəfindən dondurulub.
Qeyd edək ki, Belarus sözügedən müraciəti 1993-cü ilin martında edib.