Belarusun xarici işlər naziri Vladimir Makei bildirib ki, bəzi “qonşu dövlətlər tərəfindən planlaşdırılan təxribatlar” haqqında məlumatlara görə ölkədə antiterror əməliyyatı rejimi tətbiq edilib. O, təxribatları konkret kimin planlaşdırdığını açıqlamayıb. Antiterror rejiminin nə qədər müddətə tətbiq olunduğu açıqlanmır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Makei Belarus Prezidenti Aleksandr Lukaşenkonun “hüquq-mühafizə orqanları ilə bir sıra görüşlər keçirdiyini”, bundan sonra antiterror rejiminin tətbiq olunduğunu bildirib. Nazir təxribatların Belarus ərazisinin “demək olar ki, müəyyən hissələrinin ələ keçirilməsi ilə bağlı” planlaşdırıldığını iddia edir.