1 C
Baku
Saturday, December 14, 2024

Benjamin Franklindən sitatlar

ABŞ-ın banilərindən biri, yüksək intellektə sahib olmaqla yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi məşhurluq qazanmışdır. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. O, ABŞ-da ilk ictimai kitabxananın və Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır.

Biz bu məşhur şəxsdən bir neçə sitatları təqdim edəcəyik.

  • Soy kökümün nə varlı , nə tanınmış, özümün ilk illərimin isə kasıbçılıqla keçməsinə baxmayaraq, mən həyatda nüfuz sahbi olmağı bacardım
  • Mən uğurlarım haqqında fikirləşəndə -bunu isə kifayət qədər tez-tez edirəm- hiss edirəm ki, həyatımı təkrarən bu cür yaşamağa etiraz etməzdim, lakin bircə şərtlə – yazıçılar öz əsərlərinin növbəti nəşrlərinə düzəliş etdiyi kimi mən də həyatımın bir neçə epizodunu dəyişmək istərdim
  • Keçmişi qaytarmağın ən yaxşə yolu xatirələri yenidən canlandırmaqdır.
  • Özünün nə dərəcədə şöhrətpərəst olmasından aslı olmayaraq , adamların çoxu müştəbehliyini əsla qəbul etmir.
  • Yaradan haqqında danışanda , tam itaətkarlıqla etiraf etməliyəm ki, indiyə qədərki həyatımda qazandığım rifaha görə ilahi qüvvəyə borcluyam. Buna inam mənə ümid vrir.
  • Əyri yolla görülmüş iş xeyirli ola bilməz
  • Yaxşı ustaların öz alətlərindən məharətlə istifadə etməsindən həmişə həzz alırdım
  • Höcətləşməyə meyl pis vərdişə çevriləndə adamı cəmiyyət içərisində dözülməz vəziyyətə gətirə bilər
  • Az yeyib içdiyimə görə beynim iti işləyirdi
  • Mübahisə predmeti ola biləcək mövzular haqqında  “əlbəttə”, “ şübhəsiz” kimi sözlərdən imtina edərərk , fikrimi “mənə elə gəlir ki,…bu cürdür “  və ya “səhv etmirəmsə, onda…” kimi formalardan istifadə etməklə bildirirdim
  • Hər bir söhbətin əsasında digərlərini öyrətmək və ya öyrənmək,  kiməsə zövq vermək və ya kimisə inandırmaq durursa, insanlar inad etsinlər söhbətdə
  • Əgər siz başqalarından bilik almaq istəyirsinizsə, özünüzün indiki baxışlarınızı dəyişməlisiniz
  • Əgər siz öz ədalarınıdan əl çəkməsəsniz çətin ki , xoş təəssürat bağışlayasınız və ya kimisə inandıra biləsiniz ki, sizə dəstək versin və sizinlə həmrəy olsun
  • Bəzən insan pulu az olanda daha səxavətli olur, nəinki pullu olanda
  • Əgər siz bir-birinizi yeyirsnizsə, nə üçün bir də sizi yeməyək
  • Dərrakəli varlıq olmanın üstünlüyü də elə bundadır ki, bizə mühakimə və min bir bəhanə gətirmək yolu ilə istədiyimizə nail olmağa imkan verir
  • Daim təmasda olduğun adamlarla küsülü yaşamaq böyük axmaqlıqdır
  • Lakin nə qədər faydalı olsam da , fəhlələrim öz işlərinin ustasına çevrildikcə, hiss edirdim ki, mənim xidmətlərimə olan ehtiyyacları azalır.
  • Tədricən o qənaətə gəldim ki, insanlar arasındakı həqiqət, səmimilik və düzlük xoşbəxt həyat sürmək üçün misilsiz rol oynayır
  • Həyata dözülə biləcək xarakterlə daxil olurdum. Daxilimdə bunu qiymətləndirdim və həmişə saxlamağa qərar verdim.

Müəllif
Aliyə Nuruyeva

 

Son xəbərlər
Digər xəbərlər