16 C
Baku
Friday, May 3, 2024

Berluskoni: “Zelenski bu halda danışıqlar masasına otura bilər”

Qərb silah əvəzinə Ukraynanın bərpası üçün kömək təklif etsə, Prezident Volodimir Zelenski Rusiya ilə danışıqlar masasına otura bilər.

Bunu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bildirib.

“Ola bilsin ki, nə vaxtsa Ukrayna artıq silah və yardıma arxalana bilməyəcəyini başa düşsə və əvəzində Qərb ona dağılmış şəhərlərini bərpa etmək üçün yüz milyardlarla dollar ayıracağını vəd etsə, bu halda, Zelenski, bəlkə də, danışıqlar masası arxasına əyləşməyə razılaşa bilər”, – Berluskoni deyib.

O, Rusiya prezidenti Vladimir Putinin “dinc insan” olduğunu bildirib və qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatın əvvəlində vəziyyəti düzəltmək üçün iki dəfə “uğursuz” cəhd edib.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər