21 C
Baku
Tuesday, May 21, 2024

Bermud adalarının sirri

Gəmilərin, təyyarələrin Bermud adalarının, Puerto- Riko və Florifa yarımadasının arasında yerləşdiyi rayonda sirli şəkildə yox olmaları alimlərin diqqətini cəlb edir.

Bu hadisə haqqında müxtəlif mülahizələr var. Mülahizələrdən həqiqətə ən yaxını «köpük» nəzəriyyəsidir. «Köpük» nəzəriyyəsinə əsasən, qədim sualtı qaz yataqlarından mütəmadi olaraq çox miqdarda metan qazı çıxır.

Yer üzünə çıxaraq metan qazı suya qarışır və onun sıxlığını azaldır. Bu «yüngül» su nəinki bir neçə tonluq gəmiləri, həmçinin xilasedici jiletlərdə olan insanları belə suyun üzərində saxlaya bilmir.

Nəzəriyyəyə əsasən, yer üzünə çıxmış metan qazı təyyarə qəzalarına da səbəb olur. Okeanın üzərindən uçan təyyarələr qalın metan buluda daxil olan zaman avia mühərriklər oksigenlə təmin olunmurlar və təyyarə suya düşür.

Metanın qatılığı az olanda isə, metan birləşməsi hava ilə asan alışa bilən qarışıq əmələ gətirir. Və isinmiş mühərriklə birləşərək partlayışın olmasına səbəb olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər