1 C
Baku
Saturday, December 14, 2024

“BETA” ötən il 17 milyon manat mənfəət edib

“BEST-TARM” QSC 2022-ci ili 17 milyon 104 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ildə 11 milyon 260 min manat xalis mənfəət edib ki, bu da illik müqayisədə 52% artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “BEST-TARM” QSC-nin əsas əməliyyat gəlirləri 87  milyon 215 min manat, satışın maya dəyəri 67 milyon 671 min manat təşkil edib.

Qeyd edək ki, “BETA” adını və təşkilati-hüquqi formasını dəyişərək BEST-Tarım MMC-yə çevrildiyini elan etmişdir. “Beta Tea”, “Bayce”, “Champion” və “Howhad Brand” brendləri “Beta A.Ş.”-ın çay sektorunda dünya miqyasında fəaliyyət göstərən 4 əsas brendidir.

 

Son xəbərlər
Digər xəbərlər