17 C
Baku
Tuesday, May 21, 2024

Beynəlxalq əlaqələr üzrə mütəxəssis – “İcraçı Kredit Agentliyi” BOKT

Sənədlərin qəbulunun son müddəti: 20 dekabr 2015

Beynəlxalq əlaqələr üzrə mütəxəssisin vəzifə və məsuliyyətlərinə aşağıdakılar  daxildir:

–  İKA-nın dövlət orqanları, qeyri-hökumət  təşkilatları və beynəlxalq qrumlarla əməkdaşlıq əlaqələrinin qurulmasını təşkil etmək;
–  İKA-nın  xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə iş aparmaq:
–  Donor təşkilatların müəyyənləşdirilməsi və əməkdaşlığa cəlb edilməsi üçün yollar axtarmaq;
–  Digər ölkələrdə bank və qeyri bank kredit təşkilatlarının fəaliyyəti barədə məlumatlar əldə etmək, təşkilatın kredit siyasətinin beynəlxalq arenada tanınması və rəqabətə davamlı olması üçün təkliflər vermək;
–  Beynəlxalq Təşkilatlarla əməkdaşlıqda  İKA-nın  rəhbərliyini təmsil etmək;
–  İKA-nın saytında məlumat bazasını ingilis dilində idarə etmək;
–  İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;

Hesabatvermə:

  • Beynəlxalq əlaqələr üzrə mütəxəssis İKA-nnın İdarə Heyətinin Sədrinə hesabat verir.

Müddət:

  • Beynəlxalq əlaqələr üzrə mütəxəssis ilə 3 ay sınaq müddətinə əmək müqaviləsi imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra mütəxəssisin fəaliyyətinin nəticələri İdarə Heyəti tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilənin müddəti uzadılacaqdır.

İxtisaslaşma:

  • Beynəlxalq əlaqələr üzrə mütəxəssis aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan Respublikasının vətəndaşı olmaq, Azərbaycan, rus və ingilis dillərini səlis bilmək;
b) İqtisadiyyat sahəsində ali təhsili;
c) İqtisadi sahədə  iş təcrübəsi;
d) Yaş həddi 35-dək olmalı;
e) Beynəlxalq təşkilatlarla iş təcrübəsi;
f) Ünsiyyat qurmaq bacarığı;
g) Təşəbbüskar və çevik qərar qəbul etmə bacarığı olmalı;
h) Yazılı hesabat tərtib etmək təcrübəsi;
i) İngilis, rus və azərbaycan dillərində yazılı və şifahi nitqə malik olmaq;
j) Microsoft Word, Excel, Access və Internetdən istifadə.  E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə sürətli işləmək bacarığı.
k) İşlə bağlı ölkə daxilində və ölkədən xaricə  mütəmadi ezamiyyətə getməyə hazır olmaq.

İKA-nın yerləşdiyi ünvan:
Bakı şəh.Ə.Rəcəbli küç. 21 F.

CV-ni aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz:
[email protected]

Son xəbərlər
 ⁠
Digər xəbərlər