2 C
Baku
Saturday, December 14, 2024

Beynəlxalq Banka yeni sədr təyin olundu

Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub.

Bu barədə  məlumat Beynəlxalq Bankdan daxil olub. Məlumata görə, “PaşaBank”ın İdarə Heyətinin sədri Fərid Axundov Beynəlxalq Banka sədr gətirilib.

Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.

Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənayenin planlaşdırılması” fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin “Biznesin administrasiyası” fakultəsini bitirib.

03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

10.2003-06.2005-ci illərdə QSC “Bank Standard” KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

07.2005-03.2007-ci illərdə “F.T.F” MMC-nin Direktoru vəzifəsində çalışıb.

30.06.2007-ci il tarixdən isə Paşa Bank ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır.

“Unibank”ın icraçı direktoru Cəlal Qasımov isə “PaşaBank”ın İdarə Heyətinin sədri təyin edilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.

3652

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər